Qaxda 24 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlanıb Qaxda 24 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlanıb

Qaxda 24 yaşlı gənc bıçaqlandı

Qaxda 24 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlanıb

Bu gün Qax rayonunun Şotavar kənd sakini, 1995-ci il təvəllüdlü Orxan Asif oğlu Musazadə belin sol tərəfinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı O. Musazadə həmkəndlisi tərəfindən bıçaqlandığını bildirib.

O. Musazadəyə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.(ona.az)

AzNews.az