70 yaşlı anasını boğdu. 70 yaşlı anasını boğdu.

Atasının məzarı üstündə anasını öldürdü

70 yaşlı anasını boğdu.

Türkiyənin Kırşehir şəhərində bir şəxs atasının məzarı üstündə anasını boğaraq öldürüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda sürücü kimi işləyən şəxs öz kəndlərinə gəlib. O, anasını atasının məzarına ziyarətə aparmaq üçün evdən çıxarıb. Məzarlıqda aralarında düşən mübahisə zamanı oğlu 70 yaşlı anasını boğaraq öldürüb.

O, daha sonra anasının cəsədini yol kənarına ataraq hadisə yerindən uzaqlaşıb.

Polislər tərəfindən yaxalanan şəxs törətdiyi əmələ görə peşman olduğunu deyib.

Nigar CƏFƏR

AzNews.az