Sezar Sayok özü striptiz-klubun keçmiş meneceridir. Sezar Sayok özü striptiz-klubun keçmiş meneceridir.

Obamanı, Hillari Klintonu, Sorosu partlatmaq istəyən Tramp tərəfdarı təqsirini etiraf etdi

Sezar Sayok özü striptiz-klubun keçmiş meneceridir.

ABŞ prezidenti Donald Trampın tərəfdarı keçmiş prezident Barak Obama və keçmiş dövlət katibi Hillari Klinton başda olmaqla Demokrat partiyasının öndə gələn şəxslərinə bomba göndərdiyini etiraf edib.

Fransanın AFP agenltiyinin verdiyi məlumata görə, keçən ilin oktyabrında Floridada həbs olunan Sezar Sayok adlı həmin şəxs 65 maddə üzrə təqsrini boynuna alıb. Onu ömürlük həbs cəzası gözləyir.

Vəkilləri tərəfindən hazırlanmış bəyanatı oxuyan S.Sayok əldəqayırma bomba hazırladığını boynuna alıb. “Mən bilirəm ki, doğru hərəkət etməmişəm və buna görə çox təəssüf hissi keçirirəm”,-deyə Sezar Sayok bildirib.

Onun sözlərinə görə, Barak Obama və Hillari Klintondan başqa hədəflərin içində keçmiş prezident Bill Klinton, keçmiş vitse-prezident Co Bayden, məşhur aktyor Robert de Niro, həmçinin 2020-ci il prezident seçkilərində namzədliyini açıqlamış Kori Buker və Kamala Harris, o cümlədən milyarder Corc Soros kimi şəxslər də olub.

Sezar Sayok özü striptiz-klubun keçmiş meneceridir və özünü Trampın qızğın tərəfdarı saysa da, siyasi ektremizlə bağlı ittihamları qəbul etmir. (Musavat.com)