Cəlilabad rayonunda oğulun atasını döyərək öldürməsinin təfərrüatı məlum olub. Cəlilabad rayonunda oğulun atasını döyərək öldürməsinin təfərrüatı məlum olub.

Oğul atasını döyərək öldürdü - Yenilənib

Cəlilabad rayonunda oğulun atasını döyərək öldürməsinin təfərrüatı məlum olub.

Hadisə martın 30-da rayonun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, əvvəllər məhkum olunmuş, 1976-ci il təvəllüdlü Oktay Dadaşov yaşadığı evdə atası, 1936-ci il təvəllüdlü Feyzulla Dadaşovu münaqişə zəmində döyərək qətlə yetirib.

Məlumata görə, münaqişəyə səbəb samovar olub. O.Dadaşov atasına məxsus samovarı ondan alaraq istifadə edib. Daha sonra F.Dadaşov oğlundan samovarı qaytarmağı tələb edib. O.Dadaşov samovarı qaytarsa da, atası samovarın onun olmadığını bildirib. Nəticədə tərəflər arasında münaqişə yaranıb. Bu zaman O.Dadaşov bel ilə atasına zərbələr vurub və pilləkandan aşağı itələyərək onu öldürüb.

Artıq polis əməkdaşları Oktay Dadaşovu saxlayıblar, ondan narkotik vasitə olan heroin götürülüb.

Qeyd edək ki, ata evin birinci mərtəbəsində, oğul isə evin ikinci mərtəbəsində yaşayırmış.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.(report.az)

***
12:35

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Rayonun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb.

Ondan narkotik vasitə olan heroin götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.(teleqraf.com)

AzNews.az