Qətl hadisəsi Masallı rayonunda qeydə alınıb Qətl hadisəsi Masallı rayonunda qeydə alınıb

Azərbaycanda öldürülüb hissələri 3 rayonda basdırılan oğlanla bağlı şok səs yazısı yayıldı - VİDEO

Qətl hadisəsi Masallı rayonunda qeydə alınıb

Masallıda vəhşicəsinə öldürülüb, hissələrə ayrılaraq 3 rayonda basdırılan Sahib Mahmudovun ölümü ilə bağlı şok səs yazısı yayılıb.

AzNews.az xəbər verir ki, səs yazısını onun öldürülməsində şübhəli bilinən Əli adlı şəxs bir neçə müddət əvvəl onun anasına verib. Səs yazısında Samir adlı şəxsin Sahiblə telefon danışığı yer alıb. O, mərhumu lüt soyunduraraq meşəyə buraxacağı və onu döyəcəyi ilə hədələyir.

Qeyd edək ki, qətl hadisəsi Masallı rayonunda baş verib.

Məlumata görə, 2018-ci ilin dekabr ayında Cəlilabad rayonu, Göytəpə şəhərində R.Kazımovun yaşadığı mənzildən televizor və oyun aparatı oğurlanıb. Hadisəni törətmiş Teymur Məmmədov və Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Əli Ələkbərli tutulub, onun həmyerlisi Sahib Mahmudov isə müəyyən edilib.

Bir müddət sonra – bu ilin yanvar ayının 28-də S.Mahmudovun yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildirib. O, həmin gündən itkin düşmüş şəxs kimi axtarışa verilib.

Bu il martın 28-də Ə.Ələkbərlidən narkotik maddə götürülüb və o, tutulub. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində Ə.Ələkbərlinin yanvarın 25-də Masallı rayonunda yerləşən “ADU Piramida” istirahət mərkəzində S.Mahmudovu bıçaqla qətlə yetirdiyi məlum olub. Məlum olub ki Ə.Ələkbərli meyiti Altay Ağamalızadə adlı tanışının köməkliyi ilə avtomobilə qoyaraq Neftçala rayonuna aparıb. Orada meyit yandırılıb. Meyitin tam yanmadığını görən Ə.Ələkbərli və A.Ağamalızadə cəsədi avtomobillə İmişli rayonuna aparıb. İmişli rayonunda meyit balta ilə hissələrə bölünüb. Həmin şəxslər meyitin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonlarının ərazilərində basdırıb. Hazırda A.Ağamalızadə və Ə.Ələkbərli saxlanılıb, onlara qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.

Aynur

AzNews.az