Filmlərdə göstərilən dəhşət saçan qatil obrazları bəzən real həyatda mövcud olur. Filmlərdə göstərilən dəhşət saçan qatil obrazları bəzən real həyatda mövcud olur.

Xoşuna gələn qadınları onu tərk etməsinlər deyə öldürən “kübar qatil” – FOTO

Filmlərdə göstərilən dəhşət saçan qatil obrazları bəzən real həyatda mövcud olur.

Bunun bir nümunəsi tarixə düşən Dennis Nilsen adlı qatildir. Nilsenin həyatı sakit, normal və şiddətdən uzaq keçmişdi. Hətta heyvanlara belə əziyyət verən insanlara nifrət edən, utancaq bir uşaq idi. Digər vəhşi qatillər ilə müqayisədə Nilsenin travmasız bir uşaqlıq həyatı olub. O, gənclik illərində də bu cür davam edirdi. Hər zaman yaxşı insan olmağa çalışırdı.

Картинки по запросу black museum scotland yard

Bu cür mədəni insan necə qatilə çevrildi?

1978-1983 illəri arasında 12 nəfəri qətl edən Dennis Nilsenin ləqəbi də var idi. “The Kindly Killer” ləqəbi ilə tanınan Dennis digər qatillərdən fərqlənirdi. O qurbanları “humanist” üsullarla öldürürdü. Dennis insanların qanını axıtmadan iplə boğardu. İkinci bir üsul isə qurbanlarının başını suya soxub ölmələrini gözləməsi idi. Onun “kübar qatil” ləqəbini almasına səbəb isə heç kimin onun cinayət işləyə biləcək adam olduğuna inanmaması idi. Çünki Dennis qeyd etdiyimiz kimi normal uşaqlıq həyatı keçirmiş,yüksək təhsil almış mədəni bir insan idi.

Картинки по запросу dennis nilsen

O bir neçə dəfə qadınlarla münasibətdə olmağa cəhd etsə də, buna nail ola bilməmiş və homoseksual olduğu qənaətinə gəlmişdi. Bu da onun cinayət işləmək səbəbi olmağa başlamışdı. O bir neçə qadını və kişini evinə dəvət edərək öldürüb, daha sonra cəsədləri parçalayıb yandırmışdı.

Nilsen polislərə bütün bunlar gerçək sevgini axtardığı üçün etdiyini bildirmişdi. O, həbs ediləndən sonra 25 illik həbs həyatına məhkum olunsa da, sonradan bu cəza ömürlük məhkumluq ilə əvəz edilib. (Musavat.com)

Картинки по запросу nilsen dennis

Картинки по запросу dennis nilsen serial killer