- Qanundan kənarda
- 27 Aprel 2019 09:28
- 2 317
Goranboyda xanımını bıçaqlayan şəxs saxlanıldı

Elşən Eldar oğlu Tağıyev istintaqa təhvil verilib
Goranboyda xanımını bıçaqlayan şəxs saxlanılıb.
Bu barədə DİN mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
1982-ci il təvəllüdlü rayon sakini Elşən Eldar oğlu Tağıyev Dəliməmmədli şəhərində həyat yoldaşı K.Tağıyevanı bıçaqlamaqda şübhəli bilinərək saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (ONA)