2 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Dostunun məhkuma gətirdiyi soğanın içərisində narkotik aşkarlandı

2 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Penitensiar Xidmətin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Cinayət Məcəlləsinin 181.2.1; 181.2.4-cü (quldurluq) maddələrinə əsasən təqsirli bilinirək həbs edilmiş Feyzi-zadə Ariz Mübariz oğluna dostu Gəncə şəhər sakini Fətullayev Şahin Ələkbər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan soğanların arasında gizlədilmiş iki ədəd bükülüdə 26,5 qram marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır. AzNews.az
image description