- Qanundan kənarda
- 17 İyul 2019 21:51
- 2 453
Bakıda 43 yaşlı kişiyə borca görə 4 bıçaq vurdular
Bakıda pul borcu üstündə bıçaqlanma olub
Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Abdulov Elşad İsgəndər oğlu tanışı, 1976-cı il təvəllüdlü Əsgərov Ramil Nəsib oğluna borc verdiyi 400 manatı ala bilmədiyi üçün mübahisə edib.
Mübahisə nəticəsində E.Abdulov R.Əsgərova 4 bıçaq zərbəsi endirib. R.Əsgərov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb və E.Abdulov şübhəli şəxs qismində tutulub. (Trend)