Gürcüstanın Axalkalaki rayonunda Azərbaycan vətəndaşı saxlanılıb Gürcüstanın Axalkalaki rayonunda Azərbaycan vətəndaşı saxlanılıb

“İnterpol”la axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

Gürcüstanın Axalkalaki rayonunda Azərbaycan vətəndaşı saxlanılıb

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1989-cu il təvəllüdlü T.Q. adlı şəxs “İnterpol”un “qırmızı xətti” ilə axtarışda olub. Azərbaycan vətəndaşı qəsdən qətl törətməkdə şübhəli bilinir. O, 2015-ci ildən axtarışda olub.

Saxlanılan şəxsin Azərbaycana ekstradisiya olunması istiqamətində ilkin tədbirlər həyata keçirilir. (Report)