Hadisə ilə bağlı istintaq başlayıb Hadisə ilə bağlı istintaq başlayıb

Keçmiş polis məmuru özünü asdı

Hadisə ilə bağlı istintaq başlayıb

Türkiyənin Bolu şəhərində işindən qovulan 26 yaşlı keçmiş polis məmuru Fatih Karaahmetoğlu özünü qaz borusuna iplə asaraq intihar edib.

AzNews.az xəbər verir ki, Karaahmetoğlunun intihar zamanı əllərində boks əlcəkləri olub.

Hadisə axşam saatlarında Sümer məhəlləsində baş verib.

Ötən il işindən qovulan keçmiş polis məmuru F. Karaahmetoğlundan bir müddət xəbər almayan dostu evinə gedərək qapını açan olmadığından, ehtiyat açarları olan mənzil işçisi ilə birlikdə evə daxil olub. F.Karaahmetoğlu qaz borusundan asılmış vəziyyətdə tapılıb.

Polisə məlumat verilərək, hadisə yerinə gələn 112 təcili yardım qrupu əllərində boks əlcəyi olan Karaahmetoğlunun öldüyünü təyin ediblər.

Hadisə ilə bağlı istintaq başlayıb.

Gül Qədirli

AzNews.az