Olay yerindən qaçan oğlan polislər tərəfindən saxlanılıb Olay yerindən qaçan oğlan polislər tərəfindən saxlanılıb

15 yaşında qatil oldu

Olay yerindən qaçan oğlan polislər tərəfindən saxlanılıb

Çanaqqalanın Biga bölgəsində uşaqların davası cinayətlə bitib. 15 yaşlı A.S.G bilinməyən bir səbəblə dalaşdığı 16 yaşlı dostu S.Osmanı bıçaqlayaraq öldürüb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən saat 23:30-da Biganın Gümüşay yaşayış məskənində baş verib. A.S.G adlı uşaqla dostu Osman arasında kiçik müzakirə sonradan davaya çevrilib.

A.S.G dostu Osmanı bıçaqlayaraq ağır xəsarətlər yetirib. Hadisə yerinə polislər və təcili yardım çağırılıb, ancaq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Olay yerindən qaçan A.S.G polislər tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Mehri QURBANOVA

AzNews.az