Hadisə şahidi olan qızımız yaxınlarının yanındadır Hadisə şahidi olan qızımız yaxınlarının yanındadır

Başı kəsilən qadınla bağlı nazirlikdən Açıqlama

Hadisə şahidi olan qızımız yaxınlarının yanındadır

Türkiyənin Ailə, İş və Sosial Xidmətlər Nazirliyi Kırıkkaledə keçmiş əri tərəfindən öldürülən Emine Bulut haqqında araşdırmalara başlayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Emine Bulutun uşağının nazirliyin psixoloqlarının nəzarətinə alındığı bildirilib.

Nazirlikdən verilən açıqlamada bu sözlər deyilib:

"18.08.2019 tarixində yaşanan və hamımızı sarsıdan cinayətdən sonra Kırıkkale Ailə, İş və Sosial Xidmətlər nazirliyinin şəhər nümayəndələrimiz hadisəyə anında müdaxilə edib.

Hadisə şahidi olan qızımız yaxınlarının yanında və psixoloqlarımızın nəzarətindədir.

Uşağın və ailənin vəziyyətini hadisənin yaşandığı andan etibarən izləyirik.

Cinayəti törədən şəxsin ən ağır cəzanı alması üçün Nazirliyin Hüquq xidmətləri şöbəsi də məhkəməyə müdaxilə edəcək.

Uşağın və yaxınlarının bu müddətdə daha çox zərər görməməsi üçün məlum görüntülərin sosial media başda olmaqla digər yerlərdə paylaşılması qızımızı və ailəsini bir az daha yaralamaqdadır. Bu səbəblə bu görüntülərin paylaşılıb yayılmaması üçün vətəndaşlarımızdan anlayış gözləyirik".

Səidə Vahid

AzNews.az