Azyaşlını qaçıranlar yeznə-qayındırlar Azyaşlını qaçıranlar yeznə-qayındırlar

16 yaşlı qızı qaçıranlardan biri saxlanıldı

Azyaşlını qaçıranlar yeznə-qayındırlar

Goranboy rayonun Hazırəhmədli kəndində 16 yaşlı Elvina Məmmədova adlı qızı qaçıran şəxlərdən biri saxlanılıb.

Keçirilən əməliyyat tədbirləri ilə İlqar Ələmşah oğlu Bayramov idarə etdiyi "Mercedes" markalı avtomobillə saxlanılıb.

Bildirək ki, hadisə sentyabr ayının 17-də baş verib. Azyaşlını qaçıranlar yeznə-qayındırlar.

Onlardan biri rayonun Hazırəhməli kəndində digəri isə Ağamalıoğlu kəndindəndir.

Səbəb 16 yaşlı Elvinanı fiziki qüsurlu övladı ilə evləndirmək olub. Hazırda qızın yeri və bu cinayətdə iştirak edən fiziki qüsurlu oğlanın atasının isə yeri məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az