"Evdən götürdüyüm qızılları satıb dolanmışam" "Evdən götürdüyüm qızılları satıb dolanmışam"

Azərbaycanda itkin düşən iki ayın gəlini görün haradan tapıldı - VİDEO

"Evdən götürdüyüm qızılları satıb dolanmışam"

Azərbaycanda itkin düşən iki ayın gəlini tapılıb.

AzNews.az xəbər verir ki, Məmmədli Müjgan Salman qızı tapılıb. 24 yaşlı qız Xəzər TV-də yayılan "Səni axtarıram" verilişinin yardımı nəticəsində tapılıb.

Bir müddət əvvəl verilişə Müjganın anası müraciət edərək qızının tapılması üçün yardım istəyib.

Müjgan canlı yayımda bildirib ki, əri və qayınanası tərəfindən işgəncələrə məruz qaldığı üçün evdən qaçıb:

"Qayınanam oğlu ilə birlikdə içir, məni döyürdülər. Dəfələrlə toyuq damında gecələmişəm. Artıq dözə bilmədim qaçdım. Heç kim mənə sahib çıxmadı. Bərdədə və bir neçə rayonda bir neçə gün qalmışam. Evdən götürdüyüm qızılları satıb dolanmışam".

Aynur

AzNews.az