Mişenin təqsirini etiraf etməyib Mişenin təqsirini etiraf etməyib

Sankt-Peterburqda müstəntiq azərbaycanlılardan rüşvət aldı - tutuldu

Mişenin təqsirini etiraf etməyib

Sankt-Peterburqun Primorski Rayon Məhkəməsi rüşvət almaqda ittiham olunan müstəntiq Roman Mişeninin barəsində hökm elan edib.

Bu barədə Sankt-Peterburq Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, iş məhkəməyə verildikdə Mişenin Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 291-ci maddəsinin 2-ci bəndinə əsasən (bilərəkdən qanunsuz hərəkətlər etmə və ya rəsmi mövqeyindən sui-istifadə etmək üçün rüşvət alma vasitəçiliyi) ittiham olunub.

Məhkəmənin araşdırması zamanı 2017-ci ildə Azərbaycan vətəndaşları Novruzov və Kərimli cinayət törətməkdə şübhəli bilinərək tutulduqları məlum olub. Mişeninlə isə qətimkan tədbirini dəyişdirmək barədə razılığa gəliblər.

Qeyd edilir ki, Mişenin təqsirini etiraf etməyib. Məhkəmə onu 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edib, həmçinin də 400 min rubl cərimələnib. (Virtualaz.org)