İşlədiyi mağazadan oğurluq etdi, tutuldu

Bakıda mağazadan 8 min manat oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 22-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Şəmirov cari il sentyabrın 4-dən 25-dək olan müddətdə işlədiyi mağazadan 8000 manatının oğurlanmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindən oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini T.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb.(trend.az)

AzNews.az