Bu, Qurban Qurbanovun yetirmələrinin II dövrədə ilk qarşılaşması olacaq Bu, Qurban Qurbanovun yetirmələrinin II dövrədə ilk qarşılaşması olacaq

“Qarabağ” bu gün APOEL-lə qarşılaşacaq

Bu, Qurban Qurbanovun yetirmələrinin II dövrədə ilk qarşılaşması olacaq

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununun keçirəcək.

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu Kiprdə APOEL ilə görüşəcək.

Bu, Qurban Qurbanovun yetirmələrinin II dövrədə ilk qarşılaşması olacaq. Üç turdan sonra 4 xalla A qrupunda 2-ci pillədə qərarlaşan “Qarabağ” 1/16 final şanslarını çətinə salmamaq üçün səfərdə uduzmamalıdır.

Çempionlar Liqasında APOEL-i səfərdə 2:1 hesabı ilə məğlub edən ağdamlılar eyni uğuru təkrarlamaq əzmindədir. Qələbə ölkə çempionunu 1/16 finala bir addım da yaxınlaşdıracaq. Heç-heçə də “Qarabağ”ı ikincilik mübarizəsində daha şanslı saxlayacaq.

Qeyd edək ki, turun digər oyununda “Düdelanj” “Sevilya” ilə görüşəcək. İspaniya klubu bu turdan asılı olaraq nəinki 1/16 finala vəsiqəni, hətta 1-ci yeri də təmin edə bilər. (APA)

Avropa Liqası
Qrup mərhələsi
IV tur, A qrupu
7 noyabr
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Manuel Şuttenqruber
Baş hakimin köməkçiləri: Roland Brandner, Robert Steynaşer
Dördüncü hakim: Kristofer Yaqer (hamısı Avstriya)
Hakim-inspektor: Georgios Bíkas (Yunanıstan)
UEFA nümayəndəsi: Ariel Kennet Şeyman (İsrail)
Nikosiya. GSP stadionu

1

Sevilya

3

3

0

0

7-0

9

2

Qarabağ

3

1

1

1

6-6

4

3

Düdelanj

3

1

0

2

5-10

3

4

APOEL

3

0

1

2

5-7

1