Bu istiqamətdə reydlər davam etdirilir Bu istiqamətdə reydlər davam etdirilir

Azyaşlılara siqaret satanlar cəzalandırıldı - Bakıda

Bu istiqamətdə reydlər davam etdirilir

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində C.Məmmədquluzadə, H.Babaşov və 3-cü Mədən küçələrində yerləşən 3 mağazada satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – F.Şahbazov, M.Əliyev və E.Vəliyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

AzNews.az