Məhkəmə müşavirədən sonra hökmü elan edib Məhkəmə müşavirədən sonra hökmü elan edib

31 yaşlı kişini bıçaqlayan şəxsə hökm oxundu

Məhkəmə müşavirədən sonra hökmü elan edib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Eldar Orduxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son söz deyib. O, ailə vəziyyətini nəzərə almaqla məhkəmədən yüngül cəza təyin edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, E.Orduxanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Hadisə aprel ayında paytaxtın Nizami rayonunda M.Əliyev küçəsinda yerləşən kafenin qarşısında baş verib. 1993-cü il təvəllüdlü Orduxanov Eldar Əli oğlu aralarında yaranmış mübahisə zamanı, 1988-ci il təvəllüdlü Alıxanov Nicat Dostəli oğluna bıçaqla zərbələr vurub. N.Alıxanov qarın nayihəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

E.Orduxanova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.(report.az)

AzNews.az