Bakıda şirniyyat sexi qarət edildi - 150 minlik...

Faktla bağlı araşdırma aparılır

Bakıda şirniyyat sexi qarət edilib.

Bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib.

Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba, 2 ədəd soyuducu və 2 ədəd xəmir qarışdıran aparat oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az