Masallıda 32 yaşlı kişi Masallıda 32 yaşlı kişi

Özü ilə birlikdə 4 nəfəri güllələdi

Masallıda 32 yaşlı kişi

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Məlumata görə, hadisə bu gün saat 14 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu keçmiş qayınanası Nəbiyeva Zemfira Ələsgər qızının evinə gələrək orada mübahisə edib. Mübahisə nəticəsində o özü ilə gətirdiyi ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını güllələyərək qətlə yetirib. S.Ağayev daha sonra keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüqlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev də hadisə yerində dünyasını dəyişib,Z. Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.

Hadisə yerinə Masallı rayon hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Hadisəni törədən S.Ağayev polisin nəzarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanıb. (Trend)

AzNews.az