A. Çovdarov əfv edilərək azadlığa buraxılıb A. Çovdarov əfv edilərək azadlığa buraxılıb

Akif Çovdarov da əfv edildi

A. Çovdarov əfv edilərək azadlığa buraxılıb

Prezident İlham Əliyevin bu gün əfv etdiyi şəxslər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarov da var.

AzNews.az-ın verdiyi xəbərə görə, A. Çovdarov əfv edilərək azadlığa buraxılıb.

Qeyd edək ki, A. Çovdarovun 68 yaşı var. O, 2015-ci ildə "MTN işi" ilə bağlı həbs edilmişdi. Məhkəmənin hökmü ilə A. Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.