694 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib 694 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib

Dünən də karantini pozanlar olub

694 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib

Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların sayını açıqlayıb.

AzNews.az-ın verdiyi xəbərə görə, xüsusi karantin rejiminin pozulmasına görə 1 may saat 00:00-dan mayın 2-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 694 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 45445 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.