Karantini pozan taksi sürücüsü həbs olundu

Onun barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib

Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

AzNews.az-ın məlumatına görə, bu barədə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "Qafqazinfo"ya bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami RPİ 23-PB-də toplanmış matereallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.