Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Tovuzdakı qətllə bağlı cinayət işi başladı

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Avqustun 8-də saat 15 radələrində, Tovuz rayon sakini Rəqsanə Məmmədovanın bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

AzNews.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, dərhal rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin əri Malik Məmmədalıyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Malik Məmmədalıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.