Saxlanılan şəxs istintaqa təhvil verilib Saxlanılan şəxs istintaqa təhvil verilib

Gəncə sakinindən 4 kq-dan çox narkotik götürüldü

Saxlanılan şəxs istintaqa təhvil verilib

Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 42 yaşlı Muraz Məmmədov Gəncə şəhər BPİ Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman əlindəki çantanın içərisindən ümumi çəkisi 2 kq 950 qram narkotik vasitə olan marixuana və 850 qram heroin aşkar edilərək götürülüb. Bundan başqa M.Məmmədovun şəhər ərazisində gizlətdiyi 850 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.