DİN-in Mətbuat Xidmətindən məlumat verilib DİN-in Mətbuat Xidmətindən məlumat verilib

Gizli fəaliyyət göstərən kafe aşkarlandı

DİN-in Mətbuat Xidmətindən məlumat verilib

Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Yeni Yol kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyekt sahibi Elməddin Əliyev və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.