Qanunsuz saxlanılan ov tüfəngi götürülüb

Faktla bağlı araşdırmalar aparılır

Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzNews.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruçuq kənd sakini Fərhad Nəmətova məxsus fərdi evin həyətindən müvafiq sənədləri olmayan bir ədəd “İj” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.