Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır

Laçın sakinləri olan ata və oğul qəzada öldü

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır

Kürdəmir şəhəri ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın verdiyi xəbərə görə, dekabrın 27-də saat 8 radələrində Kürdəmir şəhəri ərazisində Laçın rayon sakini Arzuman Quliyevin idarə etdiyi “VAZ-21074” və Xırdapay kənd sakini X.Cavadovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə A.Quliyev və sərnişini olan atası İlqar hadisə yerində ölüblər.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, FHN-nin yaydığı məlumata görə, sıxılı vəziyyətdə qalan 1991-ci il təvəllüdlü Quliyev Ərzuman İlqar oğlunun meyiti deformasiyaya uğrayan minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.