- Qanundan kənarda
- 12 Yanvar 2021 17:37
- 6 627
Sığınacaqdakı qadının qohumları əməkdaşı döydü - Foto

Bu barədə sığınacağın sosial şəbəkə hesabında məlumat paylaşılıb
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə hücum edilib.
Xəbərə görə, bu barədə sığınacağın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Qeyd edilib ki, həmin sığınacaqda yerləşdirilən bir qadının qohumları - əri H.Primov, qayınanası S.Primova və baldızı ora gələrək mübahisə ediblər. İddiaya görə, adıçəkilən şəxslər sığınacağın qadın əməkdaşını döyərək xəsarət yetiriblər.
Hadisə ilə bağlı DİN-ə müraciət edilib, ərazi üzrə polis bölməsinin əməkdaşları sığınacağa cəlb edilib. ("Qafqazinfo”)
