- Qanundan kənarda
- 1 Aprel 2021 12:56
- 4 479
Kürdəmir və Biləsuvar sakinlərindən narkotik götürülüb

DİN məlumat yayıb
Kürdəmir və Biləsuvar sakinləri narkotiklə saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmirin Şıxımlı kənd sakini M.Seyidovun yaşadığı evdən 1 kiloqram 262,59 qram marixuana, Biləsuvar rayon sakini Ə.Tahirlidən isə 1 kiloqram 230 qram heroin və 1 kiloqram 450 qram tiryək aşkar edilərək götürülüb.