Hadisə ötən ilin aprel ayında Hökməli qəsəbəsində baş verib Hadisə ötən ilin aprel ayında Hökməli qəsəbəsində baş verib

Abşeronda 3 nəfəri bıçaqlayan şəxs hakim qarşısına çıxarılır

Hadisə ötən ilin aprel ayında Hökməli qəsəbəsində baş verib

Abşeron rayonunda 3 nəfərə bıçaqla xəsarət yetirməkdə təqsirləndiriliən Sərhad Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Fəhmin Hümbətovun icraatındadır.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Hökməli qəsəbəsində baş verib. S.Əliyev 1975-ci il təvəllüdlü Nəsirli Cəmil Təvəkkül oğlu və övladı, 1998-ci il təvəllüdlü Nəsirli Zaur Cəmil oğlunu, habelə onların yaxın qohumu, 1976-cı il təvəllüdlü Baxşəliyev Bürcəli Beydulla oğlu bıçaqlayıb.

S.Əliyevə Cinayət Məcəlləsinin Ona Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.