Şəmkirdə iki nəfəri güllələyən şəxs saxlanıldı

M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər

Şəmkir rayonunda kişi iki nəfəri güllələyib.

DİN Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirib.

M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər. Adam öldürməyə cəhddə şübhəli bilinən R.Mehdixanov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.