Hazırda cinayət işi üzrə istintaq davam etdirilir Hazırda cinayət işi üzrə istintaq davam etdirilir

49 yaşlı qadını öldürənin kimliyi açıqlandı

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir

Sumqayıt şəhər prokurorluğu baş verən qətllə bağlı rəsmi məlumat yayıb.

AzNews.az-a verilən məlumata görə, iyunun 23-ü saat 23 radələrində H.Z.Tağıyev qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Sevil Abdullayeva öldürülüb.

Araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ağabəy Atabalayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabəy Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.