- Qanundan kənarda
- 12 Avqust 2021 21:03
- 10 204
Gəncədə qardaş bacısını bıçaqlayıb
Hadisə şəhərin Avtozavod qəsəbəsi adlanan ərazisində qeydə alınıb
Gəncə şəhərində qardaş bacısına bıçaqla xəsarət yetirib.
Aznews.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsi adlanan ərazisində qeydə alınıb.
Belə ki, həmin şəhərin sakini, 1992-ci il təvəllüdlü Əzizova Ayişə Şehrəddin qızı qardaşı tərəfindən bıçaqlanıb. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.