- Dünyanın halı
- 13:59
- 851
Belarus nümayəndəsi: Bizi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik birləşdirir
Bizi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik birləşdirir.
AzNews.az xəbər verir ki, bunu Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, çoxqütblü dünyaya keçidin alternativinin olmadığını aydın şəkildə görürük: “AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə yönəlmiş təşəbbüsləri alqışlayırıq. Bu proses Azərbaycanın səmərəli sədrliyi sayəsində irəliləyir və ölkənin sədrliyi növbəti iki il ərzində də davam edəcək. Azərbaycan bu istiqamətdə liderlik edəcək. Müşahidəçi dövlət kimi Belarus praktiki əməkdaşlığa töhfə verməyə, proqramların həyata keçirilməsində iştirakını əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır. Biz, öz növbəmizdə, əməkdaşlığın fəal şəkildə genişləndirilməsini təklif edirik".