- Qanundan kənarda
- 29 Oktyabr 2021 19:30
- 6 696
11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb
Oktyabrın 29-da Respublika Klinik Xəstəxanasında 11 yaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib
İmişli Rayon Prokurorluğunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.
Aznews.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında rayon sakini, 2010-cu il təvəllüdlü məktəblini 31 həftəlik hamiləlik diaqnozu qoyulub.
Oktyabrın 29-da Respublika Klinik Xəstəxanasında 11 yaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.