Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı iddialara münasibət bildirib Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı iddialara münasibət bildirib

DİN 14 yaşlı qızın anası tərəfindən oğurlanması iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı iddialara münasibət bildirib

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cavab olaraq bildirib ki, yayılan məlumatlar araşdırılır.

“Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, - şöbə rəisi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Şirvan rayon sakini Tamella Mustafayeva qızının narkotik aludəçisi olduğunu iddia edir. O bildirib ki, 14 yaşlı nəvəsi qızı və onun tanışı tərəfindən evindən oğurlanıb. T.Mustafayevanın iddiasına görə, həmin şəxslər yeniyetmənin ona qaytarması müqabilində 5 min manat pul istəyirlər.