Həmin şəxsin barəsində qanunamüvafiq tədbir görülüb Həmin şəxsin barəsində qanunamüvafiq tədbir görülüb

Şamaxı sakinindən qanunsuz odlu silah-sursat götürülüb

Həmin şəxsin barəsində qanunamüvafiq tədbir görülüb

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Aznews.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakini Azər Mənəfovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və həmin silaha məxsus 3 ədəd patron götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun barəsində qanunamüvafiq tədbir görülüb.