- Qanundan kənarda
- 13 May 2022 19:40
- 7 278
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları nəzarət-profilaktik tədbirləri davam etdirir
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub.
Aznews.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Ümumilikdə 40-dan çox sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.