- Qanundan kənarda
- 18 İyul 2022 21:43
- 10 304
"Dövlətimə nə deyim?" - Şagirdi döyən müavindən işdən çıxarılmasına REAKSİYA
Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi təsdiqləndi və faktla bağlı cinayət işi açıldı
Digər məlumatlara görə Rasilə Əliyeva icra başçısının müavini vəzifəsindən də kənarlaşdırılıb.
Sfera.az məsələni dəqiqləşdirmək üçün Rasilə Əliyeva ilə əlaqə saxlayıb. İcra başçısının xanım müavini Bizim.Media-ya açıqlamasında növbəti dəfə faktı təkzib edib və barəsində cinayət işi açılmasına görə dövləti tənqid edib:
“Mənə aid olmayan məsələdə müqəssir kimi tutuluramsa, dövlətimə nə deyim? Etmədiyim bir şeydən ötrü barəmdə necə cinayət işi açıla bilər? Mən o işi eləməmişəm. Ümumiyyətlə, mənə niyə sual verirsiz. Sizə məlumat lazımdır, gedin yazın da...İşimin başında olub-olmamağımın sizə nə aidiyyəti var?”, - deyə Rasilə Əliyeva danışığı yarımçıq qoyub.