- Qanundan kənarda
- 20 İyul 2022 13:11
- 10 047
Azərbaycanda kişi hovuzdakı qadınları çəkib təhqir etdi - VİDEO
“Hazırda məsələ barədə araşdırma aparılır”
Nabranda istirahət mərkəzlərinin birində kişi orada dincələn qadınları videoya çəkərək təhqir edib.
Bu barədə “TikTok” sosial şəbəkəsində video paylaşılıb.
Belə ki, həmin şəxs sosial şəbəkədə canlı yayım açaraq, hovuzda çimən qadınları lent alıb və “Hansınızın bacısıdır, deyin çəkməyim. Qeyrət çəkənlər hanı?” sözlərini işlədilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-dən bildirilib ki, həmin görüntülərlə bağlı məlumatlıdırlar:
“Hazırda məsələ barədə araşdırma aparılır”. (Oxu.az)