- Qanundan kənarda
- 12 Avqust 2022 13:24
- 4 297
Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb

Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib.
Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.
Hazırda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.
