“Araz Supermarket” MMC cərimə edilə bilər

“Araz Supermarket” MMC cərimə edilə bilər

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) inzibati protokol tərtib edilib.

İşə Siyəzən rayon Məhkəməsində hakim Bəylər Ələkbərovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə şirkət altı min manatadək məbləğdə cərimə ediləcək

Rəşid