- Qanundan kənarda
- 20 Aprel 2023 15:46
- 9 577
"Avrora" MMC cərimə edilə bilər
"Avrora" MMC barədə inzibati protokol tərtib edilib
Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci(Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Binəqədi rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid