"Ege Hospital" barədə protokol tərtib edilib

"Ege Hospital" MMC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü(Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə ) maddəsi ilə inzibati protokol tərtib edilib

İşə Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, şirkət səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Rəşid