Pakistan Respublikası Milli Bankının Bakı filialı bu şirkətləri məhkəməyə verdi

Pakistan Respublikası Milli Bankının Bakı filialı iki şirkət barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Aznews.az xəbər verir ki, barələrində məhkəməyə müraciət edilən şirkətlər " Aqua Med" MMC və "Meri-Dian" MMC şirkətləridir. Mübahisəyə səbəbin müqavilələrdən əmələ gələn öhdəliklər barədə olduğu qeyd edilib.

İşə hakim Raqib Qurbanovun sədliyi ilə baxılacaq.

Rəşid