- Qanundan kənarda
- 27 May 2025 09:35
- 4 397
DİN: Xətai rayonundakı insidentlə bağlı cinayət işi başlanılıb
Sosial şəbəkələrdə yayılan, paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, hadisə mayın 20-də qeydə alınıb. İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hyundai” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
AzNews.az