- Qanundan kənarda
- 2 Oktyabr 2025 16:43
- 5 889
Bakıda ağacların kəsilməsi faktı üzrə 4 nəfər saxlanılıb
Paytaxtın Nəsimi rayonu, S.Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir.